Misir ordusu təkzib edir
13 aprel 2013 00:07 (UTC +04:00)

Misir ordusu təkzib edir

 

 

Misirin müdafiə naziri Əbdül Fəttah Xəlil əl-Sisi 2011-ci ildə xalq üsyanı zamanı ordunun nümayişçilərə qarşı zor tətbiq etdiyi barədə xəbərləri təkzib edib.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, general Sisi bildirib ki, hərbçiləri mülki vətəndaşları öldürməsi barədə xəbərlər «silahlı qüvvələrə qarşı şər  və böhtandır».O, ordunun prezident Məhməmməd Murisini tam dəstəklədiyini də vurğulayıb.

 

Britaniyanın «Qardian» qəzeti aprelin 11-də i yazıb ki, 2011-ci ildə keçirilən kütləvi etirazlar zamanı həkimlərə, yararlıların müalicəsində keyləşdirici maddələrdən istifadə olunmaması əmr verilibmiş.

Məqalə Misir hökumətinin hesabatından sızan məlumat əsasında hazırlanıb. Orada bildirilb  ki, 2012-ci ilin mayında hərbçilərə qarşı etirazlar olanda Qahirə xəstəxanasının həkimlərinə əmr verilib ki, yaralananların yaralarını sterilizə etməsinlər.

Misir hökumətinin hesabatı xüsusi komissiyanın gəldiyi nəticələrə əsaslanır. Komissiyanın sədri Misir prezidenti Mursidir. «Human Right Watch» prezidentə hesabatın dərhal dərc olunması  ilə bağlı müraciət edib.

# 398
avatar

Oxşar yazılar