Misirdə təhlükəsizlik qüvvələri İranın “Əl-Aləm” telekanalının Qahirə ofisini ələ keçirib və direktorunu həbs edib. APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, təhlükəsizlik qüvvələrinin əməkdaşları heç bir səbəb bildirmədən telekanalın avadanlıqlarını müsadirə edib.
Təhlükəsizlik xidməti bu addımı telekanalın lisenziya ilə bağlı problemi olması ilə izah edib.
Ekspertlərin fikrincə, qeyd olunan insident Qahirə-Tehran münasibətlərinin soyumasına işarə verir.
Qeyd edək ki, “Əl-Aləm” bütün dünyada yayımlanan, İranın “IRIB” mediaşirkətinə məxsus telekanaldır. Telekanalın izləyici auditoriyası 300 milyon insan təşkil edir.