Misir DİN və ordu atəş açılması xəbərlərini təkzib edib
05 iyul 2013 20:11 (UTC +04:00)

Misir DİN və ordu atəş açılması xəbərlərini təkzib edib

Misir komandanlığı devrilmiş prezident Məhəmməd Mursinin tərəfdarlarına atəş açılması barədə xəbərləri təkzib edib.

 

APA-nın məlumatına görə, ordu rəhbərliyi aksiya iştirakçılarına qarşı yalnız gülləsiz patronlardan və gözyaşardıcı qazdan istifadə olunduğunu açıqlayıb.

 

Qeyd edək ki, “Əl Ərəbiyə” telekanalı və Qərb mətbuatı ordunun Respublika Qvardiyasının mənzil-qərargahını ələ keçirmək istəyən Mursi tərəfdarlarına atəş açması nəticəsində üç nəfərin həlak olması, onlarla insanın isə yaralanması barədə məlumat yayıb.

 

Misirin Daxili İşlər Nazirliyi də toqquşmalarda ölənlərin olması barədə xəbərləri təkzib edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 451
avatar

Oxşar yazılar