Türkiyənin səfirini məsləhətləşmək üçün geri çağırması fonunda Misir də Ankaradakı ali diplomatik təmsilçisini Qahirəyə çağırıb.
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, avqustun 15-də Avropanın bir sıra dövlətləri Misirin səfirlərini ölkədə baş verənlərlə bağlı izahat vermək üçün Xarici İşlər Nazirliyinə çağırılıb.
Xatırladaq ki, Məhəmməd Mursinin hakimiyyətdən uzaqlaşdırılmasını Türkiyə «hərbi devriliş» adlandırır.