Misir: İndi də yeni prezidentin istefası tələb olunur
08 iyul 2013 13:03 (UTC +04:00)

Misir: İndi də yeni prezidentin istefası tələb olunur

Misirdə böhran dərinləşir.

 

Lent.az-ın “Əl-Cəzirə” telekanalına istinadən verdiyi məlumata görə, Güclü Misir Partiyasının sədri və prezidentliyə sabiq namizəd Abdul Munim Əbu əl- Futuh ordunun müvəqqəti prezident təyin etdiyi Adli Mənsurun istefasını tələb edib.

 

Munim Əbu əl- Futuh deyib ki, Adli Mənsur Qahirədə Respublika Qvardiyasının yaxınlığında ordunun xalqa atəş açmasına, 34 nəfərin öldürülməsinə, 100-dən çox insanın yaralanmasına görə məsuliyyət daşıyır və buna görə də mütləq istefa verməlidir.

 

Gözlənilmədən hərbi çevrilişə dəstək verən sələfi yönümlü Nur Partiyası da bu səhər aksiyaçılara atəş açılmasından sonra mövqeyini dəyişib. Nur Partiyasının rəsmi təmsilçisi Nader Bakkar deyib ki, partiya Misirin yeni baş nazirinin müəyyənləşdirilməsi ilə bağlı müzakirələrə qatılmaqdan imtina edib.

 

Bu arada devrilmiş prezident Məhəmməd Mursi tərəfdarlarının toplaşdığı Qahirədəki Adeviyye meydanı yaxınlarında təhlükəsizlik qüvvələri ilə toqquşmaların başlanıldığı, ölən və yaralananların olduğu barədə xəbərlər yayılmağa başlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1014
avatar

Oxşar yazılar