Misir “Əl-Cəzirə” telekanalının yayımını dayandırdı
03 sentyabr 2013 16:42 (UTC +04:00)

Misir “Əl-Cəzirə” telekanalının yayımını dayandırdı

“Əhrar 25”, “Əl-Yarmuk” və “Əl-Qüds” telekanallarının lisenziyası da ləğv edilib

 

Misir Ədliyyə Nazirliyi ölkə ərazisində “Əl-Cəzirə” telekanalının yayımının dayandırıldığını elan edib.

 

Lent.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, qərarı şərh edən Misir prezidentinin məsləhətçisi Sukeyn Fuad hazırda bu ölkənin təhlükəsizliyinin söz azadlığından daha vacib olduğunu söyləyib.

 

Sukeyn Fuad deyib ki, “Əl-Cəzirə” Misirdəki hadisələri işıqlandıran zaman peşəkar obyektivliyini itirib və Misirdəki böhranda bir tərəfin mövqeyindən təhrikedici xarakterli məlumatlar verməklə məşğul olub: “Əgər Qətər ərazisində fəaliyyət göstərən Misir telekanalı 24 saat ərzində sabitliyi pozmağa yönəlik fəaliyyət göstərsəydi, Qətər hakimiyyəti buna necə münasibət bəsləyərdi?”.

 

Misirin rəsmi Mena Agentliyi “Müsəlman Qardaşları” Hərəkatına simpatiyası ilə seçilən “Əhrar 25”, “Əl-Yarmuk” və “Əl-Qüds” telekanallarının lisenziyasının da ləğv edildiyi barədə məlumat yayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 407
avatar

Oxşar yazılar