<span style="color:red;">14 saatlıq görüşün nəticəsi:  Minskdə 10 bəndlik sənəd imzalanacaq
12 fevral 2015 12:17 (UTC +04:00)

14 saatlıq görüşün nəticəsi: Minskdə 10 bəndlik sənəd imzalanacaq

Ukrayna, Rusiya Fransa və Almaniya dövlət başçıları Ukrayna ilə bağlı sənədə imza atacaqlar. Lent.az-ın məlumatına görə, bu barədə “Reuters” agentliyinə diplomatik mənbələrdən məlumat daxil olub. 10 bənddən çox olacaq sənədin detalları barədə hər hansı bir xəbər verilmir. Ukrayna prezident administrasiyasının müavini Valeriy Çalqo  bildirib ki, tərəflər sənəddə nəzərdə tutulan son iki bənd ətrafında fikir mübadiləsi aparırlar.

 

Xatırladaq ki, Ukrayna böhranı ilə bağlı Belarusun paytaxtı Minskdə keçirilən “Normand dördlüyü”nün görüşü fevralın 11-i saat 20:00-da başlanılıb. 14 saat davam edən görüşdə Ukrayna prezidenti Petr Poroşenko, Rusiya prezidenti Vladimir Putin, Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Fransua Olland iştirak edib. Danışıqlar vaxtı əsəbi halda Petr Poroşenkonun otağı tərk etməsi jurnalistlərin diqqətindən yayınmayıb. Ukrayna Xarici İşlər Nazirliyinin (XİN) sözcüsü  prezidentin otağı tərk etməsinə səbəb kimi ölkəsindən gələn vacib zənglə əlaqələndirib. Danışıqlar aparılan otağın qapısı açıq qaldıqda jurnalistlər maraqlı bir məqamı müşahidə ediblər - Fransa və Almaniya dövlət başçlarından kənarda Putin və Porşenkonun emosianal şəkildə mübahisə etməsi onların diqqətindən yayınmayıb.

 

“Normand dördlüyü” görüşü barəsində açıqlama verən Rusiya XİN-inin rəhbəri  Sergey Lavrov bildirib ki, danışıqlar çox produktiv keçir. Hətta Lavrov bir az da irəli gedərək, “Super” deyib. Almaniya XİN-inin rəhbəri Frank Valter Ştaynmayer deyib ki, tərəflər arasında görüş asan keçmir. Ukrayna prezident administrasiyanın müavini Valeriy Çalqo görüşdə əsəblərin tarıma çəkildiyini bildirib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 140
avatar

Oxşar yazılar