ABŞ prezidenti Barak Obama ticarət naziri vəzifəsinə Çikaqodan olan milyader Penni Pritskerin namizədliyini irəli sürüb.
Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, dövlət başçısı deyib ki, o, ölkənin biznes liderlərindən biridir.
ABŞ-ın ən varlı qadınlarından olan 53 yaşlı Penni Pritsker prezidenti köhnə tanışlarından sayılır. Onun var-dövlətinin 1,85 milyard dollar olduğu bildirilib. Barak Obamanın seçkiqabağı kampaniyalarının hər ikisinə Penni Pritsker bir neçə yüz min dollar xərcləyib. Namizədliyi senat tərəfindən təsdiqlənəcəyi halda o, bu vəzifədə rebbeka Blankı əvəzləyəcək.
Ağ Evin indiki yiyəsi prezidentin milli təhlükəsizlik məsələləri üzrə köməkçisinin müavini Maykl Formanın namizədliyini isə ABŞ-ın ticarət danışıqları üzrə təmsilçi vəzifəsinə irəli sürüb.