Qərbi Saxaraya muxtariyyət verilməsi ilə bağlı Mərakeşin planını ABŞ bəyənib.
Lent.az-ın «gazeta.ru»-ya istinadən məlumatına görə, bu haqda «Al Jazeera» telekanalı xəbər yayıb.
Mərakeş kralı VI Məhəmmədlə görüşdükdən sonra ABŞ prezidenti uyğun bəyanatla çıxış edib.
Obamanın sözlərinə əsasən, mövcud plan 1975-ci ildə krallıq Qərbi Saxaranın işğal etdikdən sonra yaranıb.
Bununla belə Qərbi Saxarada Mərakeşin planından hələ də razı deyillər. Bölgənin tayfaları müstəqillik uğrunda savaşa hazır olduqlarını bildirib.