İspaniya polisi ötən həftə Mərakeş kralının əfv etdiyi pedofili həbs edib.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, İspaniya vətəndaşı Daniel Qalvan Vin 11 yaşlı qızı zorladığı üçün 30 il azadlıqdan məhrum etmə cəzası alıbmış.
O, kral tərəfində bağışlanan 48 İspaniya vətəndaşından biri olub.
Yüzlərlə mərakeşli kral VI Məhəmmədin onu əfvinə etiraz edib.
Kral təcavüzkar ispanın əfvi ilə bağlı suçu həbsxana administrasiyasının üstünə yıxaraq, penitensiar sistemin başçısını istefaya göndərib.