Meksika paytaxtı Mexiko yaxınlığında radioaktiv «kobalt-60» izotopunu daşıyan yük maşını qaçırılıb.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, bu haqda Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) xəbər yayıb.
Bu izotopdan qamma-şüalanması zamanı radioterapiyada istifadə edilir. Həmin yük maşını radioaktiv maddənin tullantısını daşıyırmış.
AEBA qeyd edib : «Bu yük, özəllik yük maşınının daşıdığı qoruyucu təbəqə fövqəladə təhlükəlidir».
Təşkilat onu da bildirib ki, bu izotopdan atom bombasının hazırlanmasında istifadə etmək mümkün olmasa da, onun yardımı ilə radioaktiv maddələrin böyük əraziyə yayılmasına səbəb ola biləcək «çirkli bomba» düzəldilə bilər.