ABŞ hakimiyyəti Cohar Tsarnayevin saxlanılma rejiminin yumşaldılması haqda qərar qəbul edib.
Lent.az-ın «Röyter»-ə istinadən məlumatına görə, kənar şəxslər, o cümlədən psixiatra vəkili olmadan Tsarnayevlə görüşə icazə veriləcək.
Məhkəmə prosesinə hazırlıq məqsədi ilə vəkilə üçüncü şəxslə onun ifadələrini müzakirə etməyə imkan yaradılacaq.
Hazırda Tsarnayev federal həbsxanada təkadamlıq kamerada saxlanılır.
Prokurorun ona ölüm hökm kəsilməsinə səy göstərəcəyi gözlənilir.
Məhkəmənin növbəti iclası gələn il fevralın 12-də keçiriləcək.
Xatırladaq ki, 2013-cü ilin aprelində o, qardaşı Tamrelan Tsarnayevlə birlikdə Bostonda marafonda partlayış törətməkdə şübhəli bilinir.