Məhkəmə «Maydan» və «Avropa» meydanlarını avrointeqrasiyaçılara qapadı
01 dekabr 2013 07:10 (UTC +04:00)

Məhkəmə «Maydan» və «Avropa» meydanlarını avrointeqrasiyaçılara qapadı

Kiyevin dairə məhkəməsi paytaxtın Müstəqillik Mayanı, Avropa meydan, Bank, Qruşevsk, Boqomolts küçələrində 2013—cü il dekabrın 1-dən, 2014-cü il yanvarın 7-dək mitinq keçirilməsini yasaqlayan qərar qəbul edib.

 

 

Lent.az-ın «İnterfaks-Ukraina»-ya istinadən məlumatına görə, bu xəbər ölkəni «5 kanal»-ın yayıb.

 

Bununla da məhkəmə Kiyev şəhər dövlət administrasiyasının iddiasını təmin  edib.

 

Şəhər hakimiyyəti paytaxtın başqa küçə və meydanlarında, o cümlədən Taras Şevçenko adına parkda, Mixaylovsk və Sofiysk meydanlarında dinc kütləvi aksiyaların keçirilməsinin qadağan edilməsi ilə bağlı məhkəməyə müraciət etməyib.

 

Maydan və Avropa meydanları haqda qərar isə orada yeni il yolkasının bəzədiləcəyi ilə əlaqələndirilib.

 

Avrointeqrasiya tərəfdarları artıq gecədən Mixaylovsk meydanında tonqal qalayıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 686
avatar

Oxşar yazılar