Gürcüstan idmançılarının Soçidə keçiriləcək qış Olimpiada oyunlarında iştirakı qərarını Rusiya Tiflisin müsbət addımı kimi dəyərləndirib və onu alqışlayır.
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, Rusiyanın baş naziri Dmitri Medvedev «Rustavi-2» telekanalına müsahibəsində bələ deyib. Onun sözlərinə əsasən, bu addım Gürcüstan tərəfindən Rusiya ilə münasibətləri normallaşdırmaq yönündə müsbət haldır.
Əvvəlik hakimiyyət Gürcüstan idmançılarının Soçi olimpiadasının boykot edəcəklərini istisna etməmişdi.
Bidzina İvanişivli isə Rusiya ilə münasibətləri qaydasına salmaq üçün gürcüstanlı idmançıların Soçiyə getməsini vacib sayıb.