Mahmud Əhmədinejad prezident kimi son cümə namazını stulda qıldı
03 avqust 2013 14:43 (UTC +04:00)

Mahmud Əhmədinejad prezident kimi son cümə namazını stulda qıldı

Avqustun 2-də Mahmud Əhmədinejadın İran prezidenti kimi qıldığı son cümə namazı ölkə mətbuatında ciddi müzakirə mövzusuna çevrilib.


 

APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, M. Əhmədinejad 2 avqust Ümumdünya Qüds Günü münasibətilə Tehranda keçirilmiş yürüşə qatılıb, daha sonra Tehran Universitetində çıxış edib. Ancaq çıxışdan sonra İran prezidenti həmişəki kimi yerdə deyil, stulda oturub. Hətta cümə namazını da stulda oturaraq qılıb. Bu da M. Əhmədinejadın dizlərində ağrıların və ya başqa ciddi narahatlığının olması anlamına gəlib.

 

Qeyd edək ki, M. Əhmədinejadın prezidentlik vəzifəsini H. Ruhaniyə ötürdükdən sonra xüsusi universitet açacağı, mədəniyyət və təhsillə məşğul olacağı bildirilir.


 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1184
avatar

Oxşar yazılar