İran prezidenti Mahmud Əhmədinejadın prezidentlik müddəti rəsmi olaraq, avqustun 4-də başa çatır. Həmin gün onu Həsən Ruhani andiçmə ilə əvəzləyəcək.
Lent.az-ın «Rossiya 24» telekanalına istinadən məlumatına görə, hökumət başçılığından gedəndən sonra o, Tehrandakı Texnologiya Universitetinə başçılıq etmək niyyətindədir. Bu ali təhsil müəssisəsi informasiya texnologiyası, nanotexnologiya, eləcə də aviakosmik və atom araşdırmalarla məşğul olur.
Mənbə qeyd edib ki, Mahumd Əhmədinejad İranın nüfuzlu Tehran Universitetinin elm və texnologiya fakültəsinin nəqliyyat mühəndisliyi ixtisasına yiyələnib. 1997-ci ildə bu sahə üzrə elmi dərəcə də alıb.