Fələstin lideri Mahmud Abbas xəstəxanadan evə buraxılıb.
APA-nın məlumatına görə, bu barədə ABC xəbər verib.
Məlumata əsasən, M.Abbas mayın 28-də xəstəxananı tərk edib.
“Şükür Allaha, bu gün xəstəxanadan evə buraxıldım. Hazırda sağlamam və sabahdan iş başında olmağı planlaşdırıram”, deyə Fələstin lideri bildirib.
83 yaşlı Fələstin lideri mayın 20-də xəstəxanaya yerləşdirilmişdi. Buna səbəb kimi onun qulaq əməliyyatı keçirdikdən sonra vəziyyətinin pisləşməsi göstərilirdi.