Mahaçqaladakı məscidlərdən birinin imamı naməlum şəxslər tərəfindən qətlə yetirilib.
Lent.az-ın «interfaks»a istinadən məlumatına görə, din xadimi İlyas İlyasova basqın axşam saatlarında baş verib.
«Naməlum şəxslər onu maşına minərkən gülləyib. İ.İlyasov yerində həlak olub. Onun sürücüsü yaralı halda xəstəxanaya aparılıb. Basqın edənlər gizlənib. Axtarış tədbirləri görülür»-deyə, polisdən bildirilib.
Məlumata əsasən, İ.İlyasov nəqşbəndiyyə təriqətinin şeyxi imiş. Onun 500-dən çox müridinin olduğu bildirilib.
1994-cü ildən o, Dağıstan Müsəlmanları Ruhanilər İdarəsinin rəhbərliyinin legitimliyini bildirərək, ona müxalifətlik edirmiş.
Çeşidli illərdə Dağıstan hökumətinin dini məsələləri üzrə sədrinin müşaviri işləyib.