Mahaçqalada atışma: 2 yaraqlı öldürülüb, 3 polis yaralanıb
24 iyul 2013 01:48 (UTC +04:00)

Mahaçqalada atışma: 2 yaraqlı öldürülüb, 3 polis yaralanıb

Mahaçqala ətrafında baş vermiş atışmada iki yaraqlı həlak olub, 3 polis yaralanıb.

 

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, iyulun 23-də Mahaçqalanın Krasnoarmeysk qəsəbəsində (Səməndər) polis avtomobili saxlatdırıb. Yoxlama aparmaq istəyərkən, maşının salonundakı iki nəfər onlara atəş açıb.

 

Atışma zamanı yaralanan sürücü həbs olunub. Mülki vətəndaşlar arasında xəsarət alanın olmadığı bildirilib. 

# 412
avatar

Oxşar yazılar