Maduro velosipeddən yıxıldı
16 sentyabr 2013 13:55 (UTC +04:00)

Maduro velosipeddən yıxıldı

Venesuela prezidenti Nikolas Maduro sentyabrın 15-də Karakasda keçirilən kütləvi idman tədbirində velosipeddən yıxılıb.

Lent.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, Nikolas Maduro velosipedçi karvanının önündə olub, bir əli ilə ziyarətçiləri salamlayıb.

Bu zaman idarəetməni itirib və yıxılıb. Arxadan gələn velosipedçilərin də bir neçəsi yıxılıb. Ciddi xəsarət alan yoxdur. Nikolas Maduro isə yıxılmağına yumorla yanaşıb: “Biz Lekun prospekti ilə gedəndə rolu buraxdım. Biz hamımız yıxıldıq, ancaq elə o an da hamımız qalxdıq”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 370
avatar

Oxşar yazılar