Liviyanın paytaxtı Tripoli ətrafındakı sufi məqbərəsi silahlıların bombalı basqınına məruz qalıb.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, Tripolidəki rəsmilər cinayətin törədilməsi ilə bağlı polisdə dəqiq informasiyanın olmadığını bildiriblər.
Ötən ildə ölkədəki bir sıra sufi məscidləri və məqbərələri məlum olmayan qüvvələrin hədəfi olub.