Liviyanın Benqazi şəhərində keçirilən aviaşou zamanı hərbi vertolyot qəzaya uğrayıb və heyətin iki üzvü həlak olub.
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, aviabazanın rəhbərliyi bildirib ki, həyatlarını itirəndən biri podpolkovnik, o biri isə leytenantdır. Heyətin üçüncü üzvü isə ağır yaralanıb.
İlkin məlumata əsasən, qəzaya səbəb pilotun səhvidir. Hərbi Hava Qüvvələrinin təmsilçisi bildirib ki, çıxışadək «Mi-35» vertolyotu yoxlamadan uğurla keçib