Liviyanın Benqazi şəhərində Fransanın fəxri konsulunun avtomobilini naməlum yaraqlılar atəş tutub.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, basqın nəticəsində xəsarət alan olmayıb.
Basqın axşam saatlarında baş verib. Konsul Can Dufriş xanımı ilə birlikdə xəstəxanadan qayıdarkən yaraqlıların atəşinə məruz qalıblar.
Liviya təhlükəsizlik xidmətinin məlumatına əsasən, avtomobilə 10 yaxın güllə dəysə də, heç kim yaralanmayıb. Olaydan sonra konsul və xanımı Benqazini tərk edərək, Tunisə gediblər.