Liviyanın baş naziri Əli Zeydan Misir iqtisadiyyatına yardım məqsədi ilə 2 milyard dollar maliyyə məsələsinə rəsmi Tripolinin baxdığını təsdiqləyib.
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, bir neçə gün öncə Liviyanın Qahirədəki səfiri Misirin Mərkəzi Bankına 2 milyard dollar depozit köçürəcəklərini bildirib. Bundan başqa Liviya razılaşdırılımış qiymətlə Misir iqtisadiyyatına yardım üçün bir milyon barrel xam neft satmağa da hazır olduğunu bəyan edib.