Liviyanın həbsxanalarından kütləvi qaçış olub. Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, mindən çox məhbus Benqazi şəhərinin şərqində yerləşən əl- Kufə həbsxanasındakı qiyamdan sonra qaçıb.
Hələlik qaçışın səbəb aydın deyil. Ehtimal edilir ki, Liviyanın bu şəhərində baş vermiş qarışıqlıq nəticəsində məhbuslar qaçmağa nail olub.
Şəhərdə etiraz aksiyaları siyasi fəal Əbdülsalam Mismari qətlə yetirildikdən sonra başlayıb. O, iyulun 26-da məsciddən çıxarkən güllələnib.