Livanın baş naziri Nəcib Mikati başçılıq etdiyi hökumətin istefa verdiyini açıqlayıb.
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, o, yeni milli birlik hökuməti qurmağa çağırıb.
«Mən hdkumətin istefa verdiyini bildirirəm. Hesab edirəm ki, bu addım ən böyük siyasi bloka məsuliyyəti bölüşərək, Livanı qeyri-müəyyənlikdən çıxarmağa yardım edəcək»-deyə, Nəcib Mikati bildirib.
Müşahidəçilərin qənaətincə, onun istefasına səbəb doğma şəhəri Livanın Tripolisində Suriya ilə bağlı olayların dayanması göstərilir.
Bundan başqa iyunun 9-da keçirilməsi nəzərdə tutulan parlament seçkilərinə nəzarət qurumu ilə bağlı məsələnin dalana dirənməsi də N.Mikatinin istefası səbəblərindən biri kimi vurğulanır.
Onu da qeyd edək ki, daxili qoşunlar komandanı Əşrəf Rifinin səlahiyyət müddətinin uzadılması da hökumət böhranının yaranmasına səbəblərdən biri kimi göstərilməkdədir