Livanın peşəkar psixiatrlar təşkilatı bildirib ki, «homoseksuallar psixi xəstə deyillər» və onların müalicəyə ehtiyacı yoxdur.
Lent.az-ın «BBC-yə istinadən məlumatına görə, ərəb dövlətlərində bu ilk uyğun hesabatdır. Livanda belələrinin (lesbiyan, gey, biseksual, transgender) bərabər hüquqları uğrunda mübarizə artıq «tarixi bir mərhələ» adlanır.
Psixiatrlar Livanda cinsi azlıqlarla sərt rəftar və onların saxlanılmasına cavab olaraq, bu bəyanatla çıxış etdiklərini bildiriblər.
Onlar qeyd edib ki, ölkədə həkimlərin qeyri-ənənəvi seksual yönü olanları müalicə etmə cəhdlərinin elmi əsası yoxdur.