Litva rusiyalı silah alverçisini ABŞ göndərəcək
15 avqust 2013 06:37 (UTC +04:00)

Litva rusiyalı silah alverçisini ABŞ göndərəcək

Litvanın Appelyasiya məhkəməsi Rusiya vətəndaşı, qanunsuz ticarət alverində şübhəli bilinən Dmitri Ustinovun ABŞ təhvil verilməsi barədə qərar qəbul edib.

 

Lent.az-ın  xarici informasiya vasitələrinə istinadən məlumatına görə, Ustinovun suçu təsdiqlənəcəyi halda ona 20 il iş kəsilə bilər.

 

Məhkəmə Rusiya vətəndaşını ölkəsinə təhvil verməməsini ABŞ-da onu edamın gözləmədiyi ilə əsaslandırıb.

 

10 gün ərzində o, ABŞ göndərilməlidir.

 

Rusiyanın Xarici İŞlər Nazirliyi Litva məhkəməsinin qərarından hiddətlənib.

 

Xatırladaq ki, bir müddət öncə ABŞ məhkəməsi rusiyalı Viktor But və Konstantin Yaroşenkonu da silah alverinə görə mühakimə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 343
avatar

Oxşar yazılar