“İrana uranın zənginləşdirilməsi haqqının tanınması bölgədə nüvə rəqabətinin başlanmasına səbəb olacaq”. APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu İsrailin xarici işlər naziri Aviqdor Liberman deyib. O bildirib ki, İrana uranın zənginləşdirilməsi hüququnun tanınması qorxunc bir şeydir: “Bunun nəticəsində bölgədə Hollivudun ən qorxunc filmlərindən belə dəhşətli mənzərə olan rəqabət mühiti yaranacaq”.