Liberiya prezidenti kortejinin başçısı 297 kq marixuana daşımaqda şübhəli bilinir.
Lent.az-ın «Assoşieyted pres»ə istinadən məlumatına görə, ölkənin narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə agentliyinin müstəntiqləri bildirib ki, hazırda kortejin başçısı və daha üç nəfər dindirilir.
Hüquq mühafizəçiləri prezidenti kortejinin avtomobili ilə Sera-Lionada Lİberiyaya 297 kq marixuna daşımaqda şübhəli bilinir.
Agentliyin direktoru Entoni Saus bildirib ki, əsas şübhəlinin adı Perri Dolodur və o, Liberiyanın başqa dövlət məmurları ilə birlikdə həbs olunub.
Qaçaqmalçılar prezidenti müşayiət edən maşın karvanının avtomobildən istifadə ediblər. Mənbənin məlumatına əsasən, marixuana qaçaqmalçılığı Liberiyada günü-gündən ciddi problemə çevrilir.