KXDR-in baş «çekisti»nin qızı ölkədən qaçıb
17 sentyabr 2013 05:32 (UTC +04:00)

KXDR-in baş «çekisti»nin qızı ölkədən qaçıb

Koreya Xalq Demokratik Respublikasının (KXDR) yüksək vəzifəli məmurunun qızı Cənubi Koreyaya qaçıb.

 

Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, bu haqda «Souz Çayn Morninq post» qəzeti xəbər yayıb. Mənbə bildirib ki, məmurun 19 yaşlı qızı bu ilin mayında Cənubi Koreyaya sığınıb.

 

Qaçış haqda adının açıqlanmasını istəməyən Cənubi Koreyadan olan hüquq müdafiəçisi bu günlərdə bildirib. Onun sözlərinə görə, o, KXDR milli təhlükəsizlik nazirinin,  Pxenyanda polis əməliyyatlarına məsulun qızıdır.

 

Xan adlı bu qız Pekində kollecdə oxuyurmuş. Mayda 3-cü ölkəyə gedib və oradan Cənubi Koreyaya qaçıb. Hazırda o, yerli təhlükəsizlik xidmətinin nəzarəti altında yaşayır.

 

Cənubi Koreyanın uyğun qurumu məsələni şərh etməyib.

 

Mənbə bildirib ki, KXDR –in yüksək vəzifəlilərinin qohumları çox nadir hallarda ölkədən qaçır. Adətən kasıblar ölkəni tərk etməyə çalışır. Vəzifəli şəxslərin qohumları ölkədən qaçarsa, o zaman həmin məmurun ya vəzifəsini azaldır, ya da həbs edirlər. Xanın ölkədən qaçması onun ailə üzvlərinə baha başa gələ bilər. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 916
avatar

Oxşar yazılar