Rusiya Ana Yasasında dəyişikliyin hazırlanması haqda yayılan xəbəri Krmel təkzib edib.
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, bu haqda ölkə prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlama verib.
Onun sözlərinə əsasən, prezident Vladimir Putin Əsas Qanuna dəyişiklik etməyə hazırlaşmır.
Bir müddət Rusiya KİV-də yayılan xəbərdə bildirilmişdi ki, Kremldə prezident yanında Əsas Qanunun həyata keçməsi ilə məşğul olacaq özəl Konstitusiya Şurası yaradılacaq.