Səudiyyə Ərəbistanın kralı Abdulla Misirin xaosa sürüklənməsinin qarşısının alınması üçün ərəb dünyasını birlikdə hərəkət etməyə çağırıb.
Lent.az-ın Türkiyə NTV-sinə istinadən məlumatına görə, dövlət televiziyası vasitəsi ilə yayımlanan açıqlamada bildirilib : «Səudiyyə Ərəbistanı krallığı, xalqı və hökuməti terrorçuluğa qarşı mübarizədə misirli qardaşlarının yanında olmuş və bunu davam etdirməkdədir».
Xatırladaq ki, Məhəmməd Mursi devrildikdən sonra Səudiyyə Ərəbistanı Misir 4 milyard dollarlıq yardım etdiyini açıqlamışdı.