Kosmodromda iki zabit həlak olub, 3-ü zəhərlənib
13 noyabr 2013 01:17 (UTC +04:00)

Kosmodromda iki zabit həlak olub, 3-ü zəhərlənib

Rusiyanın Arxangelsk vilayətindəki Plesetsk kosmodromunda iki zabit həlak olub, daha üç nəfər isə zəhərlənib.

 

Lent.az-ın «interfaks»-a istinadən məlumatına görə bu haqda xəbəri ölkə Müdafiə Nazirliyi yayıb.

 

Mənbə bildirib ki, hər iki zabit raketin yanacaq sistemində planlaşdırılan təmizliyi apararkən həlak olub.  «Üç hərbçi isə azot buxarından zəhərlənib. Onlar hospitala yerləşdirilib»-deyə, nazirlik bildirib.

Olayın baş vermə səbəbləri araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 990

Oxşar yazılar