Vatikan korrupsiya və «çirkli pulların yuyulmasında» şübhəli bilinən İtaliyanın yüksək vəzifəli yepiskopu Nuntsio Skarnonu bütün bank hesablarını dondurub.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, o, əvvəllər Vatikanda maliyyə idarəsinin əməkdaşı olub. Bu ilin iyununda italiyalı casusla birlikdə həbs edilib.
Skarano tutulduqdan sonra Vatikanın Dini İşlər üzrə İnstitutunun direktoru Paolo Çipriani və müavini Massimo Tullii istefa vermişdi.
Vatikan təmsilçisi Federiko Lombardii başqalarının da bank hesablarının həbs olunacağını istisna etməyib.
Xatırladaq ki, bu ilin mayında Roma Papası Fransisk Vatikan Bankının fəaliyyətinin yoxlanılması ilə bağlı komissiyasının yaradıldığını elan edib.
Bununla o, bankın fəaliyyətinin kilsənin vəzifəsinə uyğunluğuna əmin olmaq istəyir.
Vatikan Bankında 114 əməkdaş çalışır. Onun varidatı 7,1 milyard dollar dəyərindədir.