Korrupsiya Vatikan bankına problem yaradıb
02 iyul 2013 04:05 (UTC +04:00)

Korrupsiya Vatikan bankına problem yaradıb

Vatikan Bankının baş direktoru, Dini işlər üzrə İnstitut adlanan qurumun başçısı Paolo Çipriani və onun müavini Massimo Tullii tutduqları vəzifədən istefa veriblər.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, bu haqda Vatikanın bəyanatında deyilib: «Çoxillik xidmətdən sonra onlar Müqəddəs Kilsə və İnstitutun maraqları naminə bu addamı atıblar.Müşahidə şurası və kardinallar komissiyası bu istefanı qəbul edib».

 

Baş direktorun vəzifəsini müvəqqəti olaraq, bankın prezidenti Ernst fon Freyberq icra edəcək. Bankı iki vəzifəli şəxsi yoxlamalar fonunda istefa verib. 2013-cü ilin sonunda bu prosesin başa çatacağı gözlənilir.

 

«Çirkli pulların yuyulmasında», «maliyyə şəffaflığının olmamasında» Vatikan Bankının adı hallanır. 2010-cu ilin sentyabrında Roma prokurorluğu Vatikanın İtaliyanın «Credito Artigiano» maliyyə qurumundakı Vatikanın hesabından 23 milyon avronun köçürülməsinə həbs qoymuşdu. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 467
avatar

Oxşar yazılar