Şimali Koreyadan qaçmış ölkə vətəndaşı BMT-nin özəl komissiyasına ordakı həbsxanalarda baş verənlərdən danışıb.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, qaçqınlardan biri Şin Ton Yuk bildirib ki, tikiş maşınını aşırdığı üçün onun barmağını kəsiblər.
Çin Xyon A anaya öz körpəsini öldürməyə məcbur edilməsindən danışıb.
BMT-nin komissiyaya daxil olan üç komissarı hazırda Cənubi Koreya və Yaponiyaya sığınmış onlarla qaçqını danışdırır.
Rəsmi Pxenyan isə bu komissiyanı tanımır və onu ölkə ərazisinə buraxmır.