Konqres  Suriya müxalifətinin silahlandırılması qadağasını ləğv edib
24 iyul 2013 04:46 (UTC +04:00)

Konqres  Suriya müxalifətinin silahlandırılması qadağasını ləğv edib

ABŞ prezidenti Barak Obama Suriya üsyançılarının silahlandırılması planını gerçəkləşdirə bilər.

 

Lent.az-ın «Röyter»-ə istinadən məlumatına görə, bu haqda Konqresin kəşfiyyat üzrə komitə sədri Mayk Rocers agentliyə açıqlama verib.

 

Bu ilin iyununda Ağ ev Suriya müxalifətinə silah vermək təklifi ilə çıxış etmişdi. Ancaq silahların ekstremist qüvvələrin əlinə keçəcəyi təhlükəsi ilə bağlı konqresin hər iki palatasının bəyanatından sonra bu planın gerçəkləşdirilməsi dayandırılıb.

 

Məlumata əsasən, Senat Komitəsinin kəşfiyyat işləri üzrə üzvləri nəticədə müxalifətin silahlandırılması ilə bağlı prezident adminstrasiyasına icazə versə də, dövlət başçısından məsələyə dair tam hesabat tələb edəcəklərini də vurğulayıblar.

 

Silahlandırma tərəfdarları bu ilin avqustundan Suriya müxalifətinə silah veriləcəyinə ümid edir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 634
avatar

Oxşar yazılar