Ukraynanın Luqansk vilayətinin kommunistləri «Seçki nağılı haqqında» cizgi filmi çəkib. Lent.az-ın «BBC»-yə istinadən məlumata görə, həmin cizgi filmində «Ukrayna» adlı qızı prezident «Rusiya» adlı oğlana ərə verir.
Video film Kommunist Partiyası Luqansk vilayəti komitəsinin rəhbəri Spiridon Kilinkarovun «Facebook» səhifəsində yerləşdirilib. «Luqansk kommunistləri tərəfində düzəldilib» - deyə, o, izah edib.
Cizgi filminin süjet xəttində prezident əvvəlcə qızını kasıb qoca Avropa Birliyinə vermək istəyir. Ancaq birdən varlı gənc qonşu oğlan Rusiya ortaya çıxır.
Cizgi filmin sonunda Ukrayna Gömrük Birliyinə daxil olmaq haqqında müqaviləni imzalayır.
5 dəqiqəlik cizgi filminin təqdimatı sentyabrın birində Luqanskda keçiriləcək.