Kolumbiyada hakimiyyətlə solçuların 50 illik münaqişəsi bitir
16 iyul 2013 05:15 (UTC +04:00)

Kolumbiyada hakimiyyətlə solçuların 50 illik münaqişəsi bitir

Solyönlü Kolumbiya Silahlı İnqilabçıların (FARK) təmsilçisi İvan Markeç hakimiyyətlə 50 ildən artıq sürən silahlı münaqişənin sona çatmaq üzrə olduğunu söyləyib.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, Kolumbiya hakimiyyəti təmsilçiləri inqilabçılar arasında Kubada keçirilən görüşdə sülh istiqamətində razılıq əldə edilib.

 

Kolumbiya hakimiyyəti bu ilin noyabrında sülhə nail olacaqlarına ümid bəsləyirlər. Hakimiyyətin planına əsasən, qiyamçılar tərksilah olandan sonra siyasi proseslərdə iştirak edə bilərlər.

 

İ.Markesin sözlərinə əsasən, sülh haqda razılaşmanın qəbuluna tələsmək lazım deyil: «Çünki pis anlaşma savaşdan da dəhşətli olar».

 

Kolumbiya hakimiyyəti ilyarımdır qiyamçılarla danışıqlar aparır. Bu ilin mayında tərəflər torpaq islahatı ilə bağlı başlıca məsələlərə dair anlaşıblar. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 468
avatar

Oxşar yazılar