Ötən həftə Koreya Xalq Demorktik Respublikasına (KNDR) yağan leysan yağışlar nəticəsində iki nəfər həyatını itirib, 760 nəfər isə evsiz-eşiksiz qalıb.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, paytaxt Pxenyanya da güclü yağış yağıb. Paytxatdan keçən Tedonqan çayının səviyyəsi 6, 65 metrə çatıb. Rəsmi xəbər agentlikləri bildirib ki, musson yağışları yağması ucbatından çayların səviyyəsi 8,8 metrlik limitə yaxınlaşır.
İlkin məlumatalara əsasən,1, 7 min hektar əkin üçün yararlı sahələri su basıb. Ötən ilki daşqınlar nəticəsində 300-ə yaxın sakin həlak olmuş, 600-də çoxu isə yaralanmışdı.
BMT-nin dəyərləndiriməsində bildirilib ki, bu il oktyabrınadək, yeni məhsul yığılanadək ölkənin 2,8 milyon sakininin humanitar yardıma ehtiyacı var.
Leysan yağışlar Cənubi Koreyada da ciddi problemlər yaradıb.Bu reyslərin gecikməsinə səbəb olub. İtki haqda hələ məlumat yayılmayıb.