Kiyevdə polis aksiyanı dağıtdı: 31 nəfər saxlanılıb
30 noyabr 2013 12:32 (UTC +04:00)

Kiyevdə polis aksiyanı dağıtdı: 31 nəfər saxlanılıb

Xüsusi milis dəstələri avrointeqrasiya tərəfdarlarının Kiyevin müstəqillik meydanında keçirdikləri aksiyanı dağıdarkən 31 nəfəri saxlayıb.

 

APA-nın məlumatına görə, bu barədə RİA Novosti agentliyinə Kiyev milisinin mətbuat xidmətinin rəhbəri Olqa Bilık bildirib.

 

“Xuliqanlıq etdiyinə və müqavimət göstərdiyinə görə 31 nəfər saxlanıb. Onlar Şevçenko Rayon Milis İdarəsinə gətiriliblər. Saxlanılanlardan əksəriyyəti inzibati qaydada protokol tərtib edilməklə sərbəst buraxılıb”, - deyə O. Bilık qeyd edib.

 

Aksiya iştirakçılarına qarşı zorakılıq hallarına yol verilməsi ABŞ-ın Ukraynadakı səfirinin etirazına səbəb olub.

 

Səfir Cefri Payett Kiyevdə dinc əhaliyə qarşı güc tətbiq olunmasını pisləyib.

 

Qeyd edək ki, Ukrayna milisi avrointeqrasiya tərəfdarlarının Kiyevin Müstəqillik meydanında keçirdiyi aksiyanı dağıdıb.

 

DİN-in xüsusi təyinatlı “Berkut” dəstəsi yerli vaxtla səhər saat 4:00-da meydanda bir neçə yüz insanın qalmasından istifadə edərək aksiya iştirakçılarını qovub.

 

Aksiyanın dağıdılması zamanı onlarla insanın xəsarət aldığını və həbs olunduğunu bildirilir.

 

Hazırda meydan milis əməkdaşları tərəfindən mühasirəyə alınıb. Kommunal xidmətlərin əməkdaşları orada təmizlik işləri görür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 556
avatar

Oxşar yazılar