Kiyevdə Müstəqillik Meydanında 800 min insan olub - İDDİA
02 dekabr 2013 13:37 (UTC +04:00)

Kiyevdə Müstəqillik Meydanında 800 min insan olub - İDDİA

Bazar günü – dekabrın 1-də Kiyevin Müstəqillik Meydanında 800.000 insan toplaşıb.

APA-nın “Ukrainskaya pravda”ya istinadən verdiyi xəbərə görə, bunu müxalifət liderlərindən biri, sabiq daxili işlər naziri Yuri Lutsenko bu gün səhər meydanda çıxışında deyib. “Dünən Müstəqillik Meydanında səkkiz yüz min insan olub. Bu, rəsmi məlumatdır”, deyə o, söyləyib.  

 

Y. Lutsenko insanları meydana gəlməyə və öz gələcəyini müdafiə etməyə çağırıb: “Bu, narıncı meydan hərəkatının təkrarı deyil, tamam başqa şeydir. O vaxt biz inanırdıq ki, seçdiyimiz prezident gəlib hər şeyi edəcək. İndi isə hər şeyi biz özümüz etməliyik”. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 797
avatar

Oxşar yazılar