ABŞ-ın keçmiş dövlət katibi 89 yaşlı Henri Kissincer öz evində yıxıldıqdan sonra xəstəxanya aparılıb.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, keçmiş siyasətçi vədiplomatın sağlıq durumu ilə bağlı əlavə məlumat yayılmayıb.
Henri Kissincer 1973-77-ci illərdə prezidentlər - Riçard Nikson və Cerald Fordun hakimiyyətində dölət katibi olub.
1973-cü ildə o,Paris anlaşmasının imzalanmasındakı roluna görə Nobel mükafatına layiq görülüb. Həmin müqaviləyə əsasən, Vyetnam müharibəsi aşa çatıb.