Mayın birində Cammu və Kəşmir əyalətində zəlzələ baş verib.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə,təbii fəlakət zamanı məktəbdə nahar fasiələsi olub.Rayonlardan birində məktəbin damı uçub, başqa bir məktəbin binası dağılıb.
Zəlzələ nəticəsində 25 məktəbli yaralanıb. Onların səhhəti barədə əlavə məlumat verilməyib.
Məlumata əsasən, 5,4 ballıq zəlzələ Pakistanın dövləti sərhədi yaxınlığında olub.
Yeraltı təkanlar Hindistan paytaxtı Dehlidə də hiss edilib.