İran «Milli Etimad» Partiyası fəaliyyətini rəsmi şəkildə bərpa etdiyini bəyan edib. Lent.az-ın İran KİV-ə istinadən məlumatına görə, partiya sədrinin müavini Rəsul Müntəcabani bildirib ki, partiyanın işinin tam bərpası ilə bağlı yekun qərar qurultayda qəbul olunacaq.
Xatırladaq ki, bu siyasi təşkilatın lideri 2009-cu ildən ev dustağı olan Mehdi Kərrubidir. Partiya həmin il keçirilən prezident seçkisindən sonra fəaliyyətini dayandırıb.
«Milli Etimad» Partiyasının işini bərpa etməsi hakimiyyətin ölkədaxili siyasətinin yumşalması kimi dəyərləndirilir. Ona görə Mehdi Kərrubi və Mirhüseyn Musəvinin ev dustaqlığından azad olunacağı ehtimal edilir.
Onu da qeyd edək ki, bu yaxınlarda İranın prezidenti Həsən Ruhani siyasi partiyaların olmasının vacibliyini bildirmişdi.