ABŞ-ın dövlət katibi Con Kerri rəsmi Vaşinqtonun Bəşar Əsədə rejiminə qarşı keçiriləcək hərbi əməliyyat planını Suriya Azadlıq Ordusunun (SAO) komandanı Səlim İdrisə telefonla danışıb.
Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, bu haqda S.İdris «SNN» telekanalına müsahibəsində deyib.
SAO komandanı ABŞ prezidenti Barak Obamanın məsələ ilə bağlı konqresə müraciəti haqda qərarını dəstəkləyib.
«Biz demokratik ölkələrdə qərarların qəbulu mexanizminin qanunvericilərin dəstəyi ilə bu addımın daha səmərəli olacağını başa düşürük. Hesab edirik ki, başqa dost dövlətlər də bu kampaniyaya qoşulacaq» - deyə, o, bildirib.
İdris vurğulayıb ki, əks halda Suriyadakı rejimin «yaxın günlərdə kimyəvi silah tətbiq edəcəyindən» rahatsızdır.