Kerri İrana sanksiyaların tətbiqinə qarşı
13 noyabr 2013 07:45 (UTC +04:00)

Kerri İrana sanksiyaların tətbiqinə qarşı

ABŞ-ın dövlət katibi Con Kerrinin qənaətincə, nüvə danışıqlarının keçirildiyi bir vaxtda Konqresin İrana qarşı əlavə sanksiyalar tətbiq etməsi «səhv olardı».

 

Lent.az-ın «nyusru» -ya istinadən məlumatına görə, bu haqda «Röyter» Ağ Evin mətbuat katibi Ceyn Psakiyə əsaslanaraq, xəbər yayıb.

 

Psakinin sözlərinə görə, noyabrın 13-də Kerri ABŞ Senatının bank komissiyası ilə görüş keçirəcək və həmin toplantıda o, amerikalı və avropalı diplomatların Tehranla müzakirələr apardığı bir vaxtda «fasilə götürməyə» inandıracaq.

 

C.Karni bildirib ki, Cenevrədə keçirilən müzakirədə ABŞ və müttəfiqləri İranın atom-nüvə problemi ilə bağlı bir mövqedən çıxış ediblər.

 

Xatırladaq ki, Fransanın xarici işlər naziri Loran Fabius həmin görüşdə bəyan etmişdi ki, ölkəsi danışıqları «axmaq oyun» sayır və İranla razılaşmaya qarşıdır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 553
avatar

Oxşar yazılar