Suriya üzrə beynəlxalq «Ceneıvrə-2» konfransının perspektivini ABŞ-ın dövlət katibi Con Kerri ilə Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrov ASEAN-a üzv dövlətlərin xarici işlər nazirlərinin Bruneydə keçiriləcək toplantısı çərçivəsində müzakirə edəcək.
Lent.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, bir müddət öncə RF xarici işlər nazirinin müavini Gennadi Qatilov bildirmişdi: «Lavrovla Kerrinin görüşü ASEAN toplantısı çərçivəsində keçirilməlidir. Çünki orada Suriya ilə bağlı konfransın yönü və gələcək addımlar barəsində təkliflərin müzakirəsi olacaq».