ABŞ-ın dövlət katibi Con Kerri avqustun 1-də Misirdə baş vermiş çevrilişə münasibət bildirib. Lent.az-ın xarici «Fox News» telekanalına istinadən məlumatına görə, o, deyib ki, Misir generalları hərbi çevriliş etməyib, onlar «demokratiyanı bərpa edib».
Pakistanda səfərdə olan Con Kerri məsələyə belə münasibət bildirib. O, deyib ki, ölkədə zorakılığın baş verəcəyindən qorxan milyonlarla misirli «ordudan olyalara müdaxilə etməyi xahiş etdi».
Amerikalı diplomat onu da qeyd edib ki, demokratiyanı müdafiə dinc nümayişçiləri qətl etməklə bir yerə sığmır.
Xatırladaq ki, Barak Obama hakimiyyəti Misir prezidenti Məhəmməd Mursinin hərbi yolla devrilməsini qəbul etmir.